Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həbs edilən şirkət direktorunun vəkilindən AÇIQLAMA

124 Baxış

İki milyonluq dələduzluğa görə həbs edilən turizm şirkətinin direktoru Yeganə Nağıyevanın vəkili Ceyhun Yusifov məsələ ilə bağlı açıqlama verib.

C.Yusifov “Qafqazinfo”ya bildirib ki, müvəkkili barəsində istintaqın əsassız aparıldığını düşünür:

“Dəfələrlə həmin cinayət işi üzrə müxtəlif şikayətlər olub. O iş üzrə ittihamda yazılan pul yüksək faizə verilib. Həmin məbləğ müvəkkilim tərəfindən artıqlaması ilə geri qaytarılıb. Qaradağ Rayon Polis İdarəsində, Nərimanov Rayon Polis İdarəsində, Bakı Baş Polis İdarəsində bu işdə Yeganə Nağıyevanın pulu artıqlaması ilə qaytardığı sübuta yetirilsə də, qarşı tərəf Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanmasına nail oldu.

Qadını intihar həddinə çatdıran, yüksək faizlə pul verən şəxslər məsuliyyət daşımalı olduğu təqdirdə, bu hadisədə heç bir iştirakı və formal təsisçilikdən başqa heç bir işdən xəbəri olmayan Yeganə Nağıyevanın həyat yoldaşına da qəsdən ittiham veriblər. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi faiz verən şəxslərin əməlini araşdırıb qiymət verməkdən imtina edir”.

Qeyd edək ki, Yeganə Nağıyevanın əri Ədalət Nağıyev barəsində polisin nəzarətinə vermə qərarı verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678