Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xırdalan şəhərində “zibilpulu” artırılıb? – AÇIQLAMA

125 Baxış

Abşeron rayonunun Xırdalan şəhərində məişət tullantılarının yığılması və daşınması üçün əhalidən alınan tariflərin artırıldığı barədə məlumat paylaşılıb.

İqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə qeyd edib ki, artıq şəhərdə adambaşına tələb edilən “zibilpulu” aylıq 50 qəpikdir: 

“Halbuki Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 5 nömrəli Qərarına əsasən, adambaşına aylıq 30 qəpik olmalıdır. Xırdalanda hər sakindən 20 qəpik artıq pul yığılır. Yığım işini “JEK”lər həyata keçirir. Onların statusu isə Azərbaycan qanunvericiliyi ilə tənzimlənmir”. 

S. Əliyev əlavə edib ki, şəhərdə yaşayan əhalinin sayı barədə dəqiq məlumat yoxdur: “Abşeron RİH məlumatına görə, rayonda ümumilikdə rəsmi olaraq 200 mindən, reallıqda isə 350 mindən çox əhali yaşayır. Adambaşı 20 qəpik artıq yığım ayda ən azı 40 min manat edir. Bu vəsait hara gedir və necə rəsmiləşdirilir? Xırdalan camaatına müraciət edərək bildirmək istəyirəm ki, “zibilə” görə adambaşı 30 qəpikdən artıq pul verməyin”.

Məsələ barədə Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli bildirib kiçik məişət tullantılarının yığılması və daşınması tariflərinin artırılması ilə bağlı yayılan məlumatın heç bir hüquqi əsası yoxdur:
 
“Dövlət tərəfindən müəyyən edilmiş qiymətdir, heç bir artımdan söhbət gedə bilməz. Hazırda zibil pulu adambaşına 30 qəpikdir”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678