Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DSX: “Harop” və AN-2 təyyarələri ilə müharibədə düşmənə ciddi zərbələr vurduq” – FOTO

294 Baxış

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə­si­nin yara­dıl­masının 16-cı ildö­nümü münasibətilə tədbir keçiril­ib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Vətən müharibəsində Ali Baş Koman­dan İlham Əliyevin Dövlət Sər­həd Xid­mə­­tinin qarşısına qoyduğu döyüş tapşırıqlarının uğurla icra edilərək Ermə­nistanla dövlət sərhədinədək böyük bir ərazinin azad edilməsi, Ermə­nis­tanla döv­lət sərhədində strateji yüksəkliklərin ələ keçirilməsi, Füzuli, Cəbrayıl, Zən­gilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olun­ma­sında Azərbaycan sərhədçilərinin göstər­dikləri qəhrəmanlıqlar, “Ha­rop” və digər pilotsuz uçuş aparatlarının, sərhəd aviasiyasının AN-2 təyyarələrinin Azərbaycan sərhədçiləri tərəfindən peşəkar tətbiqi nəticə­sin­də düşmənə ciddi itkilərin vurulması böyük qürur hissi ilə qeyd olunub, işğaldan azad edilmiş dövlət sər­həd­lərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradıl­ması istiqamətində işlərin uğurla da­vam etdirilməsi bildirilib.

DSX rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb, böyük şərəf hissilə Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığının keşiyində duran dənizçi sərhədçilərin bundan sonra da xid­məti tap­şırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hər­bi qulluq­çu təltif edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678