Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tələbə Gənclər Təşkilatları İttifaqı BANM rektoru ilə görüşdü

131 Baxış

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Ali təhsil müəssisələrinin rektorları ilə silsilə görüşlər çərçivəsində “Azərbaycan 2030: İnsan Kapitalı” mövzusunda Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovla görüş keçirilib.

Görüş Prezident İlham Əliyevin Sərəncamı əsasında müəyyən edilmiş “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişafa dair Milli Prioritetlər”inin əsas istiqamətlərindən biri olan insan kapitalı mövzusuna həsr olunub. ATGTİ-nin sədri Pərviz Mirələmlinin moderatorluğu ilə keçirilən görüşdə BANM rektoru Elmar Qasımov Prezident İlham Əliyevin Sərəncamının mahiyyəti və gənclik üçün hansı imkanlar açacağı haqqında məlumat verib. 

Bildirilib ki, milli prioritetlər arasında rəqabətli insan kapitalı mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə dünyada baş verən inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artıb.

Rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ön plana çıxıb. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir.

Bu baxımdan BANM daim innovativ və müasir tələblərə cavab verən kadrların yetişdirilməsinə töhfə verən Azərbaycanın ən qabaqcıl təhsil müəssisələrindən biridir. BANM məzunları sadəcə Dövlət Neft Şirkətində deyil, bir sıra tanınmış və dünyaca məşhur şirkətlərdə çalışan bacarıqlı mütəxəssislərdir. 

Sonda isə ATGTİ-nin sədri Pərviz Mirələmli görüş zamanı tələbələrdən mövzu ilə bağlı və BANM-da təhsil və karyera imkanları ilə əlaqədar ittifaqa ünvanlanan sualları Elmar Qasımova ünvanlayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678