Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bank BTB” mükafatlara layiq görüldü

122 Baxış

“Bank BTB” Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən onlayn formatda keçirilən “Bankçılıq Mükafatları – 2019-2020” adlı tədbir çərçivəsində mükafatlandırılıb.

Belə ki, 19 fevral 2021-ci ildə elan olunan müsabiqə nəticələrinə əsasən, 2019-cu və 2020-ci illərin yekunlarına görə “Bank BTB” “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə qalib seçilib.

Qeyd edək ki, “Bank BTB” 2010-cu ildə təsis olunub, universal bank olaraq bütün növ bank xidmətləri göstərir və müştəri məmnuniyyətini daim önəmsəyərək, fəaliyyətini ən səmərəli şəkildə davam etdirir.

“Bank BTB”nin məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərimizin xidmətindədir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678