Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Polis köməksiz vəziyyətdə qalan sürücü və sərnişinlərə kömək edib – FOTO

113 Baxış

Hava şəraitinin kəskin dəyişəcəyi ilə müvafiq dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciət etmələrinə baxmayaraq, bu gün həmin xəbərdarlığa məhəl qoymadan yollara çıxan sürücü və piyadalara rast gəlindi. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, müşahidə olunan hava şəraitində vətəndaşların rahat hərəkətini təmin etmək, eləcə də köməyə ehtiyaci olan, çarəsiz vəziyyətdə qalanların imdadına çatmaq üçün polis həmişə olduğu kimi yenə də iş başında idi. 

Yollarda qalan sürücü və piyadaların köməyinə ilk çatan da məhz qarlı havada xidmət aparan polis əməkdaşları oldu. Onların fədakar xidməti sayəsində paytaxt Bakı ilə yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonunda yüzlərlə sürücü və piyadanın mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edildi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678