Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Berlində aksiya keçirilir – FOTO

235 Baxış

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Berlin şəhərinin müxtəlif yerlərində soyqırım faciəsinə həsr olunmuş informasiya posterləri asılıb.

AZƏRTAC xəbər verir ki, posterlərin əksər hissəsi Almaniya paytaxtının mərkəzi məhəllərində yerləşdirilib. Lakin şəhərin digər rayonları da nəzərdən qaçmayıb.

Bununla da alman ictimaiyyəti 29 il öncə erməni hərbçiləri tərəfindən törədilmiş dəhşətli faciə barədə bir daha məlumatlandırılıb.

Qeyd edək ki, kampaniya martın 3-dək davam edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678