Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü – FOTO

120 Baxış

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 233 989 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3213 nəfər vəfat edib, aktiv xəstə sayı 2297 nəfərdir.

Ölkədə son sutka ərzində 6908, hazırkı dövrədək isə 2 583 362 test aparılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678