Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məhkəmə xanım vəkilin fəaliyyətinə xitam verdi

127 Baxış

Vəkil Şəhla Hümbətovanın vəkilliyinə xitam verilib.

Bu barədə “Report”a onun vəkili Elçin Sadıqov bildirilib.

O deyib ki, Bakı İnzibati Məhkəməsi Vəkillər Kollegiyasının (VK) Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasına baxıb.

Məhkəmə Kollegiyanın iddiasını təmin edib.

E.Sadıqovun sözlərinə görə, VK məhkəməyə müraciətində bildirib ki, Ş.Hümbətova altı aydan çox üzvlük haqqını ödəməyib:

“Buna görə də Şəhla Hümbətovanın Kollegiyadakı fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edilib. Əslində isə üzvlük haqqının ödənilməməsi ilə bağlı müvəkkilimə məlumat verilməyib. Vəkillər Kollegiyasının çıxardığı qərardan iki gün sonra isə Şəhla Hümbətova üzvlük haqqını tam ödəyib”.

E.Sadıqov qeyd edib ki, Bakı İnzibati Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti veriləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678