Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda tələbə qızı üç oğlan zorla qaçırdı – AÇIQLAMA

105 Baxış

Samux rayon sakini, 21 yaşlı qız məcburi qaçırılıb. Bu barədə Gülər Mirzəyevanın anası iddia edib.

O bildirib ki, qızı Azərbaycan Dövlət Aqrar Universitetinə istehsalat təcrübəsinə gedən zaman onu Vüsal adlı şəxs və iki tanışı məcburi qaçırıb:

“Oğlanın ailəsi elçi gəldi, qızım istəmədi. Bu gün məcbur qaçırıblar. Polis qızımın qaçırılması ilə bağlı məsələyə baxmır.”.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsində araşdırma aparılır:

“Araşdırmanın gedişatı barədə valideynlərə məlumat verilib”.

“Polis əməkdaşları barədə səslənən fikirlər həqiqəti əks etdirmir”,- deyə o əlavə edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678