Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha bir məktəb koronavirusa görə bağlandı

120 Baxış

Bu gündən Gəncə şəhərində yerləşən 26 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

Dərslər iki həftəlik distant formada davam etdiriləcək.

Gəncə Şəhər Təhsil İdarəsi məktəbdə dərslərin distant formada keçirilməsi ilə bağlı məlumatı Oxu.Az-a təsdiq edib.

Qeyd edək ki, bundan başqa bu gün ölkə ərazisində fəaliyyət göstərən daha altı məktəb COVID-19-a görə bağlanıb. 

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678