Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda tanınmış vəkil koronavirusa yoluxdu – FOTO

121 Baxış

Azərbaycanda tanınmış vəkil koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, Ədalət Vəkil Bürosunun rəhbəri, tanınmış vəkil Muxtar Mustafayev koronavirusa yoluxub:

“Bir müddətdir ki, vəkil COVID-19-a yoluxub. Hazırda dövlət tibb müəssisəsində stasionar şəraitdə müalicə alır. Bir neçə günlük fasilədən sonra özü ilə şəxsən təmasda oldum. Muxtar müəllimin səhhəti normaldır və ona göstərilən tibbi xidmətlərin səviyyəsindən tam razılığını bildirdi”.

“M.Mustafayevə şəfa diləyirəm, ən qısa zamanda sağalıb, normal həyat tərzini davam etdirməyini arzu edirəm”, – deyə A.Bağırov qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678