Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həkim: “Məhdudiyyət olmasa, yoluxma 1000 nəfərə çatacaq” – VİDEO

125 Baxış

“Hesab edirəm ki, 2-3 gün ərzində koronavirusa gündəlik yoluxma 500-600 nəfər olacaq. Bəzi məhdudiyyətlər qoyulmasa, bu rəqəmlər yüksəlməyə doğru davam edəcək və gələn həftə yoluxma 600 nəfəri, o biri həftə isə 700 nəfəri ötəcək. Aprel ayına qədər yəqin ki, gündəlik yoluxma sayında 1000 rəqəmini görəcəyik”. 

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinin qonağı həkim Rauf Qasımov deyib. 

O bildirib ki, aktiv xəstə sayı 30 min nəfərə yaxınlaşmayana qədər ciddi qapanmalara getməyə ehtiyac yoxdur: 

“Gündəlik yoluxma sayı dördrəqəmli olduqda onu nəzarətdə saxlamaq mümkün olmur. Buna görə bəzi məhdudiyyətlər tətbiq etmək lazımdır. Ehtimal ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri olan tarixlərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Amma hesab edirəm ki, bayramda adi iş günlərində olduğu kimi avtobuslarda gərginlik yaşanmayacağı üçün ictimai nəqliyyatın fəaliyyətini dayandırmamaq daha yaxşı olardı. Ehtimal olunur ki, yoluxmanın artmaması üçün vətəndaşların hərəkətini məhdudlaşdırmaq məqsədi ilə belə bir addım atılacaq”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678