Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycana 400 min dozadan çox “AztraZeneca” vaksini gətirilir

130 Baxış

Azərbaycana koronavirus infeksiyasının qarşısının alınması üçün “AztraZeneca” vaksini idxal ediləcək. 

Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb. 

Sərəncamda deyilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə “GAVİ ALLİANCE” arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli sazişə əsasən İsveç Krallığının “AztraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 gün müddətində həyata keçiriləcək. 

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678