Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı-Şamaxı yolu bağlandı, hərəkət tam məhdudlaşdırıldı

130 Baxış

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bəzi hissələri sərt hava şəraiti ilə bağlı bağlanıb.

Trend-in məlumatına görə, yolun, 31, 35, 36, 40,42 və 46-cı kilometrliklərində qeyri-sabit hava şəraitindən hərəkət dayanıb. Ərazidə baş verən çovğun nəticəsində yağan qar yolun hərəkət istiqamətində yığılıb.

Bu vəziyyət yolda avtomobillərin hərəkətinin dayanmasına səbəb olub. Təhlükəsizlik tədbirləri üçün yolda hərəkət artıq məhdudlaşdırılıb.

Əraziyə yol polisləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678