Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Media orqanları, QHT rəhbərləri və ictimai fəalların Ağdama səfəri başlayıb

146 Baxış

Azərbaycanın bir qrup media orqanlarının rəhbər şəxslərinin və ictimai fəalların işğaldan azad olunmuş Ağdam şəhərinə təşkil olunan səfəri başlayıb. 

Oxu.Az-ın məlumatına görə, media mənsublarını səfər müddətində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Səfər zamanı media nümayəndələri Ağdam şəhərində düşmən tərəfindən dağıdılan mədəniyyət abidələri ilə tanış olacaqlar.  

Ziyarət olunacaq məkanlar sırasında Ağdam Şəhidlər xiyabanı, 1991-ci ilin fevralında partladılmış avtovağzal, Cümə məscidi, Mərkəzi meydan, Qarabağ xanlarının abidələr kompleksi, Ağdamın “Qarabağ” futbol klubunun “İmarət” stadionu, Çörək muzeyi, 1941-1945 abidəsi, Şahbulaq qalası da vardır.

Bundan əlavə, rayonunun Baş Qərvənd kəndində dəmiryolu ətrafında minatəmizləmə prosesi ilə tanışlıq nəzərdə tutulub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678