Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda koronavirus xəstələri ictimai yerlərdə aşkarlandı

130 Baxış

Martın 12-də polis əməkdaşları tərəfindən paytaxt ərazisində iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhər sakinləri, 38 yaşlı N.Rzayevə və 36 yaşlı T.Bayramovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.  
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. 

N.Rzayev barəsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678