Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bərdə-Ağdam dəmir yolu minalardan təmizlənir – FOTO

115 Baxış

Ağdamın Baş Qərvənd kəndində minatəmizləmə işləri həyata keçirilir. 

Bu barədə Oxu.Az-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir. 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov jurnalistlərə açıqlamasında deyib ki, hazırda təmizləmə işləri Bərdə-Ağdam dəmir yolunda aparılır. 

Bu dəmir yolunun uzunluğu 25 kilometr, eni isə 40 metr təşkil edir.

İ.İsmayılov bildirib ki, ANAMA dəmir yolu xəttinin bərpası istiqamətində işlərini davam etdirir. 

O bildirib ki, bir aydan çoxdur aparılan minatəmizlə çərçivəsində ərazidə 50 mina aşkarlanıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678