Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ATU-da koronavirusa kütləvi yoluxma

113 Baxış

Azərbaycan Tibb Universitetində (ATU) yenidən koronavirusa yoluxma aşkarlanıb.

Oxu.Az-ın məlumatına görə, universitetin Müalicə işi fakültəsinin bir neçə qrupunda müəllim və tələbələr arasında koronovariusa yoluxma halları aşkarlanıb. Bu səbəbdən bir neçə qrup distant təhsilə keçirilib.

Məlumatı ATU-nun mətbuat xidmətindən Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, mövcud vəziyyətlə distant təhsilə bağlanan qrupların ümumi sayı hələlik məlum deyil.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678