Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Akademikdən qorxulu proqnoz: “Ölkədə təbii fəlakətlərin sayı artacaq” – VİDEO

122 Baxış

“Xüsusi qeyd olunur ki, qlobal temperaturun dəyişməsi təbii fəlakətlərin sayının artmasına səbəb olur. Son günlər isə güclü qasırğalı küləklərin həm diapazonun, həm də sayının artması müşahidə olunur. Bu planetdəki qlobal iqlim dəyişmələrinin lokal təzahürləridir”. 

Bunu ARB24-ün “İş vaxtı” verilişinə müsahibəsində Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov deyib. 

O bildirib ki, bu təsirlər Abşeronda dağıdıcı qasırğalı küləklərin baş verməsinə səbəb olur: 

“Abşeronda qasırğalı küləklər ən çox mart ayına təsadüf edir. Burada təhlükəli vəziyyət isə şimal, şimal-şərq küləklərinin indi şimal-qərb küləklərinə dəyişməsidir. Bu isə daha bir ayrı təzadlar yarada biləcək və gələcəkdə bunun şahidi olacağıq”. 

Ramiz Məmmədov onu da qeyd edib ki, binaların tikintisində və s. layihələrin icrasında bu hallar nəzərə alınsa, onların təsirini minimuma endirmək mümkün olar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678