Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yeddi yaşlı Həmzə təcili əməliyyat edilməlidir – Onun bizim köməyimizə ehtiyacı var – FOTO

162 Baxış

Qaraciyər serrozu diaqnozu qoyulmuş yeddi yaşlı Həmzə Rəhbərinin qohumları Media.Az-a müraciət ediblər.

Azyaşlının sümük iliyi və qaraciyər transplantasiyasına ehtiyacı var.

Qohumları bu barədə məlumat vermək məcburiyyətində qalıblar, belə ki, müalicənin qiyməti 110 min ABŞ dolları (187 min manat) təşkil edir.

Həmzənin səhhətində problemlər iyul ayında baş qaldırıb.

H.Rəhbərinin əmisi Əli Babazadənin sözlərinə görə, hər şey sarılıq və qanda infeksiya ilə başlayıb.

“İki ay ərzində həkimlər uşağa dəqiq diaqnoz qoya bilmədi. Diaqnozu müəyyənləşdirmək üçün Antalyaya getməli olduq, orada həkimlər Həmzəyə qaraciyər serrozu diaqnozu və  qanında infeksiya aşkar etdilər. Uşağın təcili olaraq sümük iliyi nəqlinə ehtiyac duyduğunu və yalnız bundan sonra qaraciyər transplantasiyasının mümkün olacağını söylədilər. Bizim lazımi miqdarda pulumuzun olmamasına rəğmən, həkimlər özlərini bizim yerimizə qoyaraq, borclu qalmağımızın müqabilində əməliyyatı həyata keçirdilər, çünki ötən hər gün son dərəcə əhəmiyyətli idi. 20 gündən sonra Həmzəyə qaraciyər transplantasiyası həyata keçiriləcək”, – deyə Ə.Babazadə söyləyib.

Uşağın qohumlarının sayəsində əməliyyat üçün 15 min dollar vəsait toplamaq mümkün olub.

“Qohumlar və dostlar bacardıqları qədər bizə kömək etdilər. Ancaq bildiyiniz kimi, bu ümumi məbləğin kiçik bir hissəsidir. Aparılan və gələcək əməliyyatların pulunu ödəyə bilmirik. Bu baxımdan yardım üçün ictimaiyyətə müraciət etməliyik”, – deyə Ə.Babazadə vurğulayıb.

Sümük iliyi transplantasiyasından sonra Həmzə özünü çox da yaxşı hiss etməsə də, hələlik xəstəliyə qarşı davam gətirə bilir.

“Onun bu aylar ərzində böyüdüyü nəzərimizdən qaçmayıb. O, anasına görə çox narahatdır, anasını sakitləşdirməyə çalışır. Hamımızı sakitləşdirir. Uşaq necə əziyyət çəkdiyimizi, ona baxmağın bizim üçün nə qədər ağrılı olduğunu görür. Xahiş edirəm, Həmzəmizə kömək edin!”, – deyə Ə.Babazadə insanlara müraciətində bildirir.

Həmzəyə kömək etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678