Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlik monitorinq apardı: Altı icarəçi ilə müqavilə ləğv edildi

134 Baxış

“Meşə ərazilərinin açıq sahələrində aqrobağların salınması üçün 9530 hektar ərazi hüquqi və fiziki şəxslərlə müqavilə əsasında icarəyə verilib”. 

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.

Onun sözlərinə görə, mütəmadi olaraq verilmiş sahələrlə icarə şərtlərinə əməl edilib-edilməməsi ilə bağlı monitorinq aparılır:

“2020-ci ilin payız aylarında aparılan monitorinq zamanı meşə sahələrinin ərazisində aqrobağlar salmaq istiqamətində lazımi qaydada işlər aparmayan icarəçilərə xəbərdarlıq edilib. Ötən il şərtlərə əməl etməyən altı icarəçi ilə müqavilə ləğv edilib”.

O qeyd edib ki, meşə sahələrində aqrobağların salınması üçün torpaq sahəsi 1 ildən 49 ilə kimi icarəyə verilir.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678