Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycana xaricdən gələn çay məhsulunun miqdarı azaldı

103 Baxış

Azərbaycan çay idxalını azaldıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ilin yanvar-fevral ayları ərzində ölkəmiz xaricdən 1 920,4 ton həcmində və 7 milyon 283,2 min dollar dəyərində çay alıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 17,6 faiz, idxal dəyəri isə 18,4 faiz azalıb. 

2021-ci ilin təkcə fevral ayında isə 1 209,3 ton həcmində və 4 milyon 766,1 min dollar dəyərində çay idxal edilib.

Əvvəlki ilin fevral ayının göstəriciləri ilə müqayisədə çayın idxal həcmi 22 faiz azalsa da, buna baxmayaraq məhsulun fevral ayındakı ümumi idxal dəyəri 26,4 faiz çox olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678