Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda 34 mənzildə qazdan qanunsuz istifadə edilməsi barədə şübhələr var

123 Baxış

Bakının Xətai rayonunda “Xətai – 22” MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasında təbii qazdan qanunsuz istifadəyə dair şübhəli məqamlar üzə çıxıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qurumun əməkdaşları bununla bağlı reyd keçiriblər.

Məlum olub ki, 354 mənzildən ibarət olan binanın 34 mənzilində yaşayış yoxdur. 288 mənzilə isə sayğac quraşdırılıb və abunəçilər mavi yanacaqdan istifadə edirlər. Qalan mənzillərdə isə sayğac quraşdırmadığı halda sakinlərin kənar müdaxilələr vasitəsi ilə təbii qazdan istifadə etmələri barədə şübhəli məqamlar var.

“Azəriqaz” əməkdaşları dəfələrlə bu mənzillərə baxış keçirmək istəsə də, mənzil sahibləri qapını açmayıblar. İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentindən verilən məlumata görə, 34 mənzilin sahibinə 3 iş günü ərzində mənzil daxilinə baxışın keçirilməsi üçün şərait yaradılması barədə son xəbərdarlıq edilib. Bu gün ilin axır çərşənbələrindən daha biri qeyd edildiyindən, bayram günündə binanın qaz təchizatı dayandırılmayıb.

Məsələ ilə bağlı Bakı Regional Qazın Satışı Departamenti hüquq-mühafizə orqanlarına və binanın tikmiş şirkətə müraciət ünvanlayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678