Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirus insanda əlilliyə səbəb ola bilər – AÇIQLAMA

115 Baxış

”Koronavirus infeksiyasına yoluxub və xəstəlik keçirən insanlarda müəyyən əlamətlər qalır”.

Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, onlarda ən çox müşahidə ediləni iy və dad bilmənin itməsidir:

“Bir aydan sonra əksəriyyət insanlarda bu hisslər bərpa olunur. 3-6 ay ərzində böyük əskəriyyət insanda iy və dad bilmə bərpa olunur. Az adamlarda müəyyən vaxt keçsə də, iy və dad bilmə itir. Bunlar xəstəliyi keçirən insanların üçdə birində olur.

Xəstəlikdən sağalandan sonra halsızlıq, yaddaş, yuxu pozğunluğu, əzələ ağrıları olur. Belə halların keçməsi üçün zaman lazımdı”.

Baş infeksionisti qeyd edib ki, xəstəliyi ağır keçirən və ağciyərlərin ciddi zədələnməsi olan insanlarda bərpa prosesi şəxsdən asılıdır:

“Yəni o, cavandır və yanaşı xəstəlikləri yoxdursa, bərpası sürətli gedə bilər. Amma yaşlı və yanaşı xəstəlikləri varsa, bərpa prosesi getməyə bilər. Bu, insanın əlilliyinə də səbəb ola bilər”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678