Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın tikinti materialları Moskvada nümayiş ediləcək

126 Baxış

Azərbaycan “MosBuild 2021” sərgisində təmsil olunacaq.

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Oxu.Az-a verilən məlumata əsasən, məhsullarımız 30 mart – 2 aprel tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək beynəlxalq tikinti və inşaat materialları sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunacaq.

Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək, məhsulların ixracına dair müzakirələr aparılacaq.

Qeyd edək ki, Azərbaycan bununla ikinci dəfə “MosBuild” beynəlxalq inşaat və tikinti materialları sərgisində təmsil olunacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678