Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təhsil Nazirliyi döyüldüyü iddia edilən şagirdlə bağlı hərəkətə keçdi

129 Baxış

Təhsil Nazirliyi Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllimin şagirdi döyməsi ilə bağlı məsələyə münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iddia ilə bağlı araşdırma aparılır:

“Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, “Report”un yaydığı xəbərə görə, şagirdi döydüyü bildirilən 55 yaşlı Q.Qasımov adlı müəllimlə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678