Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Giya Saralidzənin Ağdam haqqında filmi: “Ölü torpaq – nə heyvan var, nə insan…” + VİDEO

135 Baxış

Televiziya və radio jurnalisti Giya Saralidzə Azərbaycan silahlı qüvvələrinin işğaldan azad etdiyi Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında, həmçinin İran-Ermənistan sərhədində olub, Ermənistan ordusu tərəfindən həyata keçirilmiş dağıntıların miqyasını qeydə alıb.

“Qarabağ konflikti – postsovet məkanında ən uzun sürən və tərəflərin uzlaşma tapa bilmədikləri münaqişədir. Rusiyada müharibənin səbəbləri, gedişi və nəticələri barədə yalnız mütəxəssislər məlumatlıdır və bu şəxslərin də fikirləri bir-birinə tamamilə ziddir. Keçən ilin payızında, İkinci Qarabağ müharibəsi başlayanda jurnalistlərin, mütəxəssislərin, şərhçilərin fikirləri də faktlara və təhlillərə deyil, duyğulara, şəxsi meyillərə və etnik mənsubiyyətə əsaslanırdı”, – deyə “Vesti FM” radio stansiyasının aparıcısı bildirib.

Onun sözlərinə görə, geniş ictimaiyyətin ən çox xəbərsiz olduğu mövzulardan biri Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş yeddi rayonu ilə bağlı idi:

“Heç vaxt Dağlıq Qarabağ muxtar vilayətinin tərkibinə daxil olmayan bu torpaqlarda 30 ilə yaxın idi ki, Ermənistan ordusu dayanırdı. Bu şəhər və kəndlərin taleyi barədə məlumat az idi, ona görə də bu rayonları ziyarət etmə fürsəti yaranan kimi çəkiliş qrupumuz Azərbaycana yollandı”.

G. Saralidzə qeyd edib ki, səfər zamanı baş çəkdikləri ilk rayon Ağdam olub:

“Mal-qaranın saxlandığı məscidin damından xarabalığa çevrilmiş hoteli, drama teatrı, çörək muzeyini aydın görmək mümkündür. Bütün şəhər talan edilib, binalar sökülərək daşınılıb. Üzüm sahələri, kəndlər boşdur. Ölü torpaq, xarabalıqlar, dağıdılmış evlər, nə heyvan var, nə insan – “Qafqazın Xirosiması”, – “Vestnik Kafqaza”nın çəkdiyi filmində Ağdam belə təsvir edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678