Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Balakən sakinindən narkotik götürüldü – FOTO

113 Baxış

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Tural Məmətiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 7 qram narkotik vasitə marixuana aşkar olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq T.Məmətiyevin Qullar kəndində yaşadığı evə də baxış keçirilib və oradan 450 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678