Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Emin Əmrullayev vaksinasiya olunan müəllim və texniki işçilərin sayını açıqladı

129 Baxış

“Mart ayının 12-ə olan məlumata görə, 50 yaşdan yuxarı müəllim və texniki işlərdə çalışan əməkdaşlardan 40 786 nəfər könüllü olaraq koronavirus əleyhinə vaksinasiya prosesindən keçib. Düşünürəm ki, hazırda bu rəqəm 45 mindən yuxarıdır”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, bayram günlərində vaksinasiya davam edəcək:

“Vaksinasiyada çox fəal iştirak etməliyik. Bu proses nə qədər tez həyata keçirilərsə, normal həyata da bir o qədər tez qayıdarıq”.

Nazir mediada məktəblərin bağlanma xəbərinin insanlarda yanlış fikir yaratmasından da danışıb:

“Ölkədə 4 000-dən çox məktəb var, onlardan cəmi 10 faiz məktəb distant tədrisə keçir, qalan 90 faizi isə fəaliyyətini davam etdirir”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678