Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir müəllimlərin sertifikasiyasının gecikməsinə aydınlıq gətirdi

122 Baxış

Təhsil naziri Emin Əmrullayev müəllimlərin sertifikasiyasının ləngiməsindən danışıb.

Oxu.Az-ın məlumatına görə, o bu barədə “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Nazir qeyd edib ki, hazırda ölkədə davam edən koronovirus pandemiyası müəllimlərin sertifikasiyasını gecikdirir:

“Koronavirus pandemiyasından sonra bu işə başlanılacaq. Sertifikasiyanın keçirilməsi müəllimlərin peşəkarlığı baxımından çox vacib olacaq. Sertifikasiyanın qəfildən deyil, müəyyən ardıcıllıqla aparılması nəzərdə tutulur”, – deyə nazir qeyd edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678