Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tuğ sakini sevinc, həyəcan və göz yaşı ilə evini qucaqladı – VİDEO

117 Baxış

Azərbaycanın bir qrup media orqanlarının rəhbər şəxslərinin, ictimai fəalların və həmin rayon sakinlərinin işğaldan azad olunmuş torpaqlara səfəri davam edir.

Baku TV bu dəfə Xocavənd rayonunun Tuğ kəndində olub. 

Tuğ kəndinin sakini Ramiz Cahangirov öz evini görərkən göz yaşlarını saxlaya bilməyib. 

O bildirib ki, 1991-ci il oktyabrın 31 kəndi tərk edərkən torpaqdan bir ovuc götürərək özü ilə aparıb. 

“Əhd etmişdim ki, Allah mənə qismət etsin, bu torpağı qaytarım, gətirim yerinə. Hörmətli prezidentimizin və igid Azərbaycan əsgərinin sayəsində Qarabağımız işğaldan azad edildi və mənim arzum həyata keçdi. İndi gətirmişəm bu torpağı, haradan götürmüşdümsə, ora da tökməyə” – deyə, Ramiz Cahangirov bildirib. 

Daha ətraflı Baku TV-nin süjetində:

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678