Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İstanbulda aztəminatlı azərbaycanlı ailələrə yardım edildi – VİDEO

108 Baxış

İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib.

“HaberGlobal”ın hazırladığı süjetdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pandemiya ilə əlaqədar maddi sıxıntı keçirən ailələrə yardım məqsədi ilə iş adamlarına etdiyi çağırış xatırlanıb.

Süjetdə qeyd olunur ki, İstanbul şəhərində yaşayan və COVID-19 pandemiyası dövründə maddi çətinlik yaşayan azərbaycanlılara hər iki aydan bir dəfə ərzaq yardımı edilir.

Soydaşlarımız bu il də Novruz bayramı ərəfəsində diqqətdən kənarda qalmayıblar.

Onlar müxtəlif qida məhsullarından ibarət bağlamalar hədiyyə olunub.

Aztəminatlı azərbaycanlı ailələrə yardım kampaniyasını iş adamı Anar Əlizadə həyata keçirir.

Bu günə qədər 20 min ailəyə yardım verilib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678