Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputatdan karantin rejimi ilə bağlı qəbul edilən qərara MÜNASİBƏT

119 Baxış

“Bayram günlərində xüsusi sərtləşdirilmiş rejimin tətbiq edilməməsi təqdirə layiqdir”.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bir müddət öncə də qeyd etdiyimiz kimi, karantin qaydaları ilə bağlı qərar qəbul edilən zaman əsas meyar epidemioloji vəziyyət, daha dəqiq desək yoluxma sayı götürülsə də artıq 500 minə yaxın vətəndaşımızın peyvənd olunduğunu və yoluxma sayının tənzimlənən həddindən çıxmadığını nəzərə alsaq iqtisadiyyat sektorunda yenidən qapanma arzuolunan deyildi:

“Çünki, real sektorda fəaliyyət göstərən müəssisələr, eləcə də kafe və restoranlar qapanmadan sonra fəaliyyətlərinin bərpası müəyyən zaman və maliyyə tələb edir. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var.

Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, bu sektorlardakı fəaliyyət məşğulluq baxımdan da vacib hesab olunur”.

Millət vəkili vurğulayıb ki, bayram günlərindən sonrakı dövrdə “lockdown”, yəni qapanmanın tətbiq olunmaması üçün hər birimizin qaydalara ciddi əməl etməyimiz, xəstəliyə yoluxmamaq üçün təhlükəsizlik tədbirlərinə məsuliyyətlə yanaşmağımız vacibdir:

“Tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi mütləqdir. Virusun lokallaşdırılması və onun təsirinin azaldılması hər birimizin qaydalara əməl etməyimizdən asılı olacaq və ümid edək ki, vaksinasiya yoluxma sayını azalda və yenidən qapanma riskini minimallaşdıra biləcək”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678