Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həkim: “Ölkəmizdə pandemiya daha dörd il davam edə bilər” – VİDEO

128 Baxış

“Çox güman ki, kollektiv immunitet yaranandan sonra pandemiyanın bitdiyini deyə biləcəyik. Bu isə əhalinin minimum 50 faizi koronaya yoluxduqdan və ya peyvənd olunduqdan sonra baş verə bilər. Lakin nəzərə alsaq ki, Azərbaycanda bir il ərzində orta hesabla təxminən 1 milyon insan virusa yoluxub və ya peyvənd olunub, deməli kollektiv immunitetin yaranması üçün bizə 5 il vaxt lazımdır”.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib. O bildirib ki, bundan sonra dörd milyon vətəndaşımız yoluxsa və ya peyvənd olunsa, karantin tədbirləri aradan qaldırıla bilər: 

“Ötən ildən bəri ölkədə 256 min insan koronaya yoluxub. Xəstəliyi asimptomatik və test vermədən keçirən şəxsləri də nəzərə alsaq, bu rəqəmlər ümumilikdə təxminən 500 minə yaxın insan deməkdir. İki ay ərzində peyvənd vurulanların sayı da 500 minə yaxındır. Yoluxanlarla peyvənd vurulanları nəzərə alsaq, bu, bir milyon insan deməkdir. İndi isə dörd milyon insanın ya xəstələnməsi, ya da peyvənd olunması lazımdır. Əhalinin yarısı yoluxsa və ya peyvənd olunsa, o zaman toylar, mərasimlər və s. məsələlərlə bağlı qadağalar aradan qaldırıla bilər”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678