Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda övladlığa verilə bilən uşaqların sayı AÇIQLANDI

143 Baxış

Elektron sistemlə edilən müraciətlər əsasında övladlığa verilən uşaqların sayı açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 2020-ci ilin mart ayından etibarən agentlik tərəfindən övladlığagötürmə prosesi elektron formada həyata keçirilir:

“Belə ki, bu imkandan yararlanmaq istəyən hər bir şəxs valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsistemi vasitəsilə bu hüququnun olub-olmadığını öyrənə bilər. Bunun üçün şəxs əvvəlcə adoption.mlspp.gov.az saytına daxil olaraq, “övladlığagötürmə hüququmun yoxlanılması” bölməsinə keçid etməlidir.

Bu günə olan məlumata əsaslanaraq deyə bilərik ki, övladlığa verilmiş ümumi uşaq sayı 13 nəfərdir. Onlardan qız uşaqlarının sayı 8, oğlan uşaqlarının sayı isə 5 nəfərdir. Həmçinin övladlığa verilmiş uşaqlar arasında sağlam uşaq sayı 12, sağlamlıq imkanları məhdud uşaq sayı 1 nəfər təşkil edir. Qeyd olunan 13 nəfər elektron sistemlə edilən müraciətlər əsasında övladlığa verilən uşaqlardır”.

“Onu da qeyd edək ki, hazırda övladlığa verilə bilən uşaqların ümumi sayı 14-dür. Onlardan 7-si oğlan, 7-si qızdır ”, – deyə qurum rəsmisi qeyd edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678