Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusu qripdən hansı yolla ayırmaq mümkündür? – VİDEO

138 Baxış

Hazırda yaz mövsümü olduğu üçün insanları çaşdıran məqamlardan biri də koronavirus və ya qrip olmasıdır. 

Bunu ARB24 “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aytən Ziyadova deyib.

O bildirib ki, qrip zamanı hərarət çox müşahidə olunmur, bu proses maksimum 3 gün çəkir:

“Bundan başqa qrip olanlarda hərarətin qalxma müddəti var ki, o, 6-8 saat və ya gün ərzində cəmi 1 dəfə olur. Bədən temperaturu 38 dərəcə olur və sonra enir. Ancaq koronavirusa yoluxanlarda davamlı hərarətlə yanaşı halsızlıq, əzginlik, güclü əzələ ağrıları, nəfəs çətinliyi olur. Vətəndaşlarda bu şikayətlər olarsa, vaxt itirmədən test vermək lazımdır”. 

A.Ziyadova artıq müasir səhiyyədə koronavirus və ya qrip olmağı ayırd etmək üçün testlərin də olduğunu deyib:

“Təbii ki, insanlar ilk növbədə həkimlə əlaqə saxlamalı, infeksionistlə məsləhətləşməlidirlər. Bəzən insanları çaşdıran məqamlar olur. Onlar xəstəliyin əvvəlində ehtiyacı olmayan testi verir, müalicə yanlış yönə istiqamətlənir. Bu da koronavirusu ağırlaşdırır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678