Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanıldı

123 Baxış

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qazançı kənd sakini Saqif Atayevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib. 

Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678