Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda Əməkdar müəllim vəfat edib – FOTO

119 Baxış

Azərbaycanda Əməkdar müəllim vəfat edib.

Oxu.Az xəbər verir ki, Cəbrayıl rayonunun Hovuslu kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim Məhəmmədəli Eyvaz oğlu Səfərov 61 yaşında vəfat edib. Bu barədə sosial şəbəkədə də məlumat paylaşılıb.

Onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi deyilir. 

Xatırladaq ki, Məhəmmədəli Səfərov 1960-cı ilin mart ayının 26-da Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub. Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olub. 1983-cü ildən doğma kəndində ixtisası üzrə müəllim işləyib. 1993-cü ilin avqust ayında Cəbrayıl rayonu işğal olunduqdan sonra ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşıb. Məcburi köçkün məktəbi kimi Bakı şəhərində fəaliyyət göstərən Hovuslu kənd tam orta məktəbində müəllimlik edib. 2001-ci ilin sentyabrından ömrünün sonuna qədər həmin məktəbə rəhbərlik edib.

O, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678