Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bayraktar yeni “Akıncı” PUA-larının xüsusiyyətlərindən danışdı

120 Baxış

“Yeni sınaqdan keçirilən Akıncının 5 500 kq çəkisi var. “Bayraktar TB2” pilotsuz uçuş aparat isə 650 kq çəkiyə malikdir”.

Bu sözləri AzTV-yə açıqlamasında məşhur “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı Səlcuq Bayraqdar Azərbaycanda səfərdə olduğu zaman deyib.

O bildirib ki, onların hər biri çox geniş istifadə potensialına sahibdir:

“Hər birinin xarakteristikası, fəaliyyət sistemləri fərqlidir. Hava müdafiə sistemləri üzrə strateji əhəmiyyətli vəzifələr geniş olur. “Bayraktar TB2” də özlüyündə hava müdafiə sistemində güclüdür. Belə ki, Akıncı sinfindən olan PUA-lar elektron müharibə, hava döyüşləri kimi özəl tapşırıqları da yerinə yetirə bilir. Bu qəbildən olan pilotsuz uçuş aparatlarını (PUA) cəmi üç ölkə istehsal edir. Akıncı tapşırıqları yerinə yetirməyə başladığı zaman əlavə özəl xüsusiyyətləri ilə öz sinfinin ən mükəmməli olacaq”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678