Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kürdəmirdə minik və yük avtomobili toqquşub, xəsarət alan var – FOTO

115 Baxış

Kürdəmir rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşınına hərəkətdə olarkən arxadan gələn “VAZ-2109” markalı avtomobil çarpılıb. Nəticədə VAZ-da olan sərnişin, 46 yaşlı Bakı sakini Həsənov Natiq Rəşid oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678