Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əlillik təyinatları niyə kəsilir? – RƏSMİ

119 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov əlillik təyinatlarının kəsilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına görə, o bildirib ki, əlillik təyinatlarının kəsilməsi ilə bağlı edilən müraciətlərin əksəriyyəti əsassızdır: 

“Araşdırma zamanı məlum olur ki, əlilliyin təyin olunan müddəti başa çatıb. Həmin şəxslər yenidən müraciət etməlidir”.

O qeyd edib ki, 2020-ci ildə əlillik təyinatı ilə bağlı qiymətləndirməyə 80 mindən artıq müraciət daxil olub, cəmi 31 faizinə müsbət cavab verilib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678