Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Binənin sağalmaz yarası: Dağılmış yollara baxan yoxdur – FOTO/VİDEO

133 Baxış

Suraxanı rayonunda yaşayan sakinlər yolların bərbad vəziyyətdə olmasından şikayətçidir.

Bu barədə Oxu.Az-a Xəzər rayonu, Binə qəsəbəsində yaşayan sakinlərdən biri məlumat verib.

Onların sözlərinə görə Hövsan südçülük sovxozunun əsas yollarından biri bərbad haldadır:

“Bu yola şəhid Tamerlan Süleymanın adını veriblər. Daha dəqiq desək, söhbət Ülvi inşaat, Parnik yolu döngə 3 istiqamətdəki yoldan gedir. Bura yol yox gölməçə desək daha düzgün olar. Təxminən 3 000-dən çox sakin bu bataqlıqda yaşayır. Məsələ ilə bağlı ərazi üzrə icra hakimiyyətinə müraciət ünvanlasaq da problemin həlli üçün heç bir addım atılmır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678