Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

YAP üzvü Aydın Heydərov vəfat etdi

143 Baxış

Yeni Azərbaycan Partiyasının üzvü Aydın Heydərov vəfat edib.

Bu barədə deputat Fazil Mustafa özünün “Facebook” səhifəsində paylaşım edib.

Bildirib ki, bir ay koronavirusdan əziyyət çəkən Aydın Heydərov aparılan müalicələrə baxmayaraq vəfat edib:

“Ailəsinə, yaxınlarına səbr diləyirəm”.

Qeyd edək ki, Aydın Vəli oğlu Heydərov 1948-ci il yanvar ayının 25-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Amağu kəndində anadan olub.  

Göstərdiyi xidmətlərə görə dövlətimiz tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilən Aydın Heydərov həmçinin genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinin müqabilində BMT-nin xüsusi mükafatına layiq görülüb.

A.Heydərov YAP Nəsimi rayon təşkilatının yaradıcılarından olub. Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri olub. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678