Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BMT rəsmisi: “Azərbaycanın vaksinlərin idxalı üçün səyləri müsbət təsirini göstərir”

128 Baxış

COVAX platforması çərçivəsində peyvəndlərin ölkəyə gətirilməsi tam şəkildə hökumət tərəfindən maliyyələşdirilir.

“Report” xəbər verir ki, bu fikirləri UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Kavardin ölkəyə göndərilən “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksininin qarşılama mərasimində deyib.

O bildirib ki, növbəti görülməli vacib iş insanların kütləvi peyvəndlənməsinə nail olmaqdır: “Çünki virusla mübarizənin ən səmərəli yolu peyvənd vurdurulmasıdır. Ümid edirəm ki, birgə səylərlə çətin dövrü geridə qoymuş olacağıq”.

BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai COVAX platforması çərçivəsində peyvəndin ilk partiyasının Azərbaycana gətirilməsi münasibəti ilə hökuməti təbrik edib: “Ümumiyyətlə Azərbaycan hökuməti virusla mübarizə istiqamətində vaksinlərin erkən mərhələdə idxalı üçün çox səylər göstərir və bu da öz müsbət təsirini göstərir”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678