Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezidentin köməkçi: “Ermənistan mina xəritələrini gizlətməklə Azərbaycanın mülki əhalisini öldürmək istəyir”

114 Baxış

“Minaların torpaq altında qalması ətraf mühitə də ziyandır. Biz minalanmış və  minasız əraziləri müqayisə etsək, fərqi görmək mümkündür. Bunun humanitar zərəri də böyükdür”.

Oxu.Az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi mina xəritələrini gizlədir:

“Bu, Ermənistanın beynəlxalq hüquqi pozması deməkdir. Minanın əsas məqsədi kimisə öldürməkdir. Minaları gizlətməklə Ermənistan Azərbaycanın mülki əhalisini öldürmək misssiyasını davam edir. Bu, beynəlxalq hüququn pozulması və hərbi cinayət deməkdir”.

“Biz bütün beynəlxalq platformadan istifadə edərək təşkilatlara da müraciət edirik.

Azərbaycanın mülki əhalisi minalara görə öz evlərinə qayıda bilmirlər. Biz bu məsələləri beynəlxalq standartlara malik olan institutlarla müzakirə ediirk”, – deyə H.Hacıyev əlavə edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678