Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Holcim Azərbaycan” “Ümumrespublika Yaşıllaşdırma Marafonu”na qoşulub – FOTO

118 Baxış

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti kütləvi ağacəkmə kampaniyasına başlanılıb.

IDEA İctimai Birliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən aksiyalar zamanı ölkənin bütün regionlarında yaz və payız əkin mövsümləri müddətində 1 milyona yaxın ağac əkilməsi, yaşıllıq sahələrinin artırılması nəzərdə tutulub.

Aksiyanın məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Bu aksiyaya “Holcim Azərbaycan” da qoşularaq Qaradağ sement zavodunun ətrafında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə 1000 ağac əkib. Şirkətin bu təşəbbüsə qoşulması təsadüfi deyil, çünki “LafargeHolcim” şirkəti dayanıqlı inkişafa bağlı qlobal öhdəliklər imzalayıb. Bunlar, 2030-cü ilə qədər CO2 emissiyaların 20 % azalması, sement sektorunda 1.5°C qlobal istiləşmə hədəflərinə uyğun ekoloji təmiz betonu istehsal etmək, məhsul və təkrar emal olunmuş materiallardan istifadəni genişləndirmək, yaşıl inşaat işlərini sürətləndirməkdir. “Holcim Azərbaycan” “LafargeHolcim”in üzvü kimi bu məqsədlərə çatmaq üçün öz töhfəsini verməyə çalışır. Yaşıllaşdırma ilə yanaşı ölkədə tullantıların idarə olunmasında həlli yolları təklif edir və öz dünya təcrübəsini Azərbaycanda tətbiq etməyə hazırdır.

“Bizim birgə məqsədimiz və dəyərimiz var – bu da Dayanıqlı İnkişafdır. Dayanıqlılıq prinsipləri hər bir işdə, hər bir addımımızda olmalıdır. Ətraf mühitin qorunmasında ən yaxşı təcrübəmizi nümayiş etdirməyə hazırıq. Məsələn, bu gün biz bu ərazidə 1000 ağac əkdik, lakin bununla bizim işimiz bitmir, eyni zamanda biz bu ağaclara qulluq etməliyik və suvarma sistemi quraşdırmalıyıq. Bunun üçün çirkab suların təmizlənməsi və yenidən suvarma sistemində istifadə olunması üçün lazım olan hazırlıq işləri artıq başlanıb. Biz bununla təmiz suya qənaət edərək ətraf mühitin qorunmasında töhfə veririk”, – şirkətin texniki direktoru Əli Hüseynov qeyd edib.

Gəlin birləşək və yaşıllaşdıqca daha da gözəlləşən təbiətimizə sahib çıxaq!

“Holcim Azərbaycan”, sement, beton və inşaat həllərinin aparıcı təchizatçılarından biri olan “LafargeHolcim” Qrupunun üzvüdür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678