Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DİN qazi adı altında reketlik edənlərlə bağlı araşdırmaya başladı – VİDEO

115 Baxış

Maştağa qəsəbəsində neft quyusunun yaxınlığında qanunsuz evlərin tikintisinə himayədarlıq edən bir qrup Qarabağ müharibəsi iştirakçısı barədə araşdırma başladılıb. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, məsələ DİN-nin nəzarətindədir:

“Qeyd olunan halların təfərrüatı Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır”.

Qeyd edək ki, özünü Qarabağ müharibəsi iştirakçıları kimi təqdim edən və ətrafına dəstə toplayan şəxslər, neft quyuları yerləşən ərazilərin yaxınlığında torpaqları zəbt etməklə vətəndaşlara satıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678