Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avropa və Birləşmiş Krallıqda “AstraZeneca” peyvəndi ilə bağlı bütün məlumatlar nəzərdən keçirilir

106 Baxış

Avropa və Birləşmiş Krallıqda “AstraZeneca” COVID-19 peyvəndi vurduran şəxslərdə az miqdarda nadir görülən tromboembolik fəsadlara (aşağı trombositlər olan qan laxtaları) cavab olaraq, ÜST-ün Peyvənd Təhlükəsizliyi üzrə Qlobal Məsləhət Komitəsi (GAVCS), Avropa Dərman Agentliyi (EMA) və Birləşmiş Krallığın tənzimləyici qurumu (MHRA) qeydə alınan halların bu peyvənd ilə əlaqəsinin olub-olmadığını müəyyən etmək üçün mövcud bütün məlumatları nəzərdən keçirir.

ÜST-ün Azərbaycan nümayəndəliyindən bildirilib ki, 7 aprel 2021-ci ildə sözügedən qurumlar müvafiq bəyanatlar veriblər. Onlar “AstraZeneca” peyvəndinin faydalarının çox nadir qeydə alınan potensial risklərini üstələdiyi qənaətinə gəliblər. ÜST ölkələrə milyonlarla insanın həyatını xilas edən və ağır xəstəliyin qarşısını alan “AstraZeneca” peyvəndi ilə vaksinasiya olunmağa davam etməyi tövsiyə edir. 

Bu günə qədər 190 milyon dozadan çox “AstraZeneca” peyvəndi tətbiq edilib. Trombositopeniya ilə 182 tromboembolik hadisə məruzə edilib. Qeyd edilən hallarla hər hansı bir əlaqə varsa, bu hadisə çox nadirdir və risk olduqca azdır. Bir sıra ölümcül hallar da bildirilib. Lakin müqayisə üçün qeyd edək ki, 7 aprel 2021-ci il tarixinə olan məlumata əsasən dünyada 2.86 milyon insan COVID-19-dan dünyasını dəyişib və infeksiya artmaqda davam edir.

ÜST potensial olaraq peyvəndin səbəb olduğu və əlavə araşdırma tələb edən hadisələr barədə məlumatları aşkar etmək və riskləri idarə etmək üçün yerli qurumlar və peyvənd istehsalçıları ilə sıx əməkdaşlıq edir.

Təhlükəsizlik bizim əsas prioritetimizdir. ÜST tövsiyələri hazırlamaq və peyvəndlərin təhlükəsiz və effektiv istifadəsini optimallaşdırmaq üçün elmi araşdırmalara əsaslanan məlumatlardan istifadə edir. Peyvəndlərin istifadəsi ilə bağlı tövsiyələrimizdə hər hansı bir dəyişiklik olarsa, şəffaf və operativ şəkildə ictimaiyyəti məlumatlandırmağa davam edəcəyik.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678