Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda daha 10 nəfər koronavirusdan öldü: 1175 yeni yoluxma – FOTO

160 Baxış

Azərbaycanda koronavirusa (COVID-19) 1175 yeni yoluxma faktı qeydə alınıb, 614 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 10 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 11547 nəfərdir.

Ölkədə son sutka ərzində 10632, hazırkı dövrədək isə 1363539 test aparılıb.

Ümumi ölənlərin sayı 740 nəfərdir.

Ümumi yoluxanların sayı 56444 nəfər, ümumi sağalanların sayı 44157 nəfərdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678